Reklam
Reklam

Etimologiya lüğəti

böyürtkən

Ədəbiyyatda, hətta məktəb dərsliklərində bu kəlmə “böyük tikanlı” şəklində açıqlanır. Türk dillərinin çoxunda həmin söz börleqen, bögürtlen (Ana­dolu türklərində, hətta bögürtən) kimi işlədilir və tikan kəlməsi ilə heç bir əlaqəsi yoxdur. Mənbələrdə buna ayıtuti kimi rast gəlmişəm: “ayı tutan” de­mək­dir. Bör­leqen isə canavar (böri) sözü ilə bağlıdır. Böyürtkən bədənə elə yapışır ki, onun kolluğuna girən ayı, qurd belə canını qurtara bilmir, böyürür, əzab çəkir. Deməli, söz böyürtmək kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti