Gəncə, İmişli, Yevlax
Dişi qırqovul. □ Quşun xoruzu bəzəkli olar, bozı yox (İmişli); Bü:n bir boz vurdum (Yevlax); Qızılquşnan üş boz aldırdım (Gəncə).
Bərdə, Qarakilsə, Şuşa
Dəri xəstəliyi adı. □ Uşağın başında boz var, onu həkimə körkəzsənə (Bərdə); Uza: də:sən, boz tüşüf ha (Qarakilsə); Keşmişdə adamın başına boz tüşəndə gətirif üstünə bozbaş kəfi sürtərdilər (Şuşa).
Bakı, Salyan
Həyasız. □ Boz adam utanmaz; Vəli çox boz adamdı (Bakı).
Xanlar
Naxışsız, saya corab. □ Uşağa boz örrük.
Azərbaycan dilinin dialektoloji lüğəti