►Ziyanlı və pis şeyi faydalı və yaxşıdan fərqləndirmək, ağı qaradan seçmək.
İfadə xristianların müqəddəs kitabı olan «İncil»dən qaynaqlanmışdır.
«İncil»də buğda əkən insan haqqında bir rəvayətdə deyilir ki, gecə onun düşməni gəlir və buğdaların arasına qılçıqlar, yəni alaq otları əkir. Toxumlar cücərəndə qullar alaq otlarını təmizləməyi təklif edirlər. Amma sahibkar qulların alaq otları ilə birlikdə buğdaları da çıxaracaqlarından qorxduğuna görə onların təklifini rədd edir. O hər şeyi olduğu kimi saxlamağı, məhsul yığımı vaxtı isə əvvəlcə alaq otlarını toplayıb yandırmağı, daha sonra isə buğdanı toplamağı əmr edir.
«Buğdanı qılçıqdan ayırmaq» ifadəsi daha geniş məna – «faydalını ziyanlıdan, yaxşını pisdən ayırmaq» mənasını verməyə başlamışdır.
Məsəllər, deyimlər