lat. anthropoda
Ən geniş yayılmış onurğasız heyvan tipi.
Heyvanlar aləminə aid olan növlərin yarıya qədəri (1 milyon növ) B.-a aiddir. Əsas sinifləri xərçəngkimilər, hörümçəkkimilər və cücülərdir (həşəratlar). Bədəni 3 hissədən – baş, döş və qarıncıqdan ibarətdir. Bədən və ətraflar buğumlardan təşkil olunmuşdur. Buğumlarının sayı müxtəlif növlərdə 8-180 arasında dəyişir. Dənizlərdə yaşayan çoxqıllı qurdların quruya çıxan formalarından təkamül etmişdir.
Biologiya terminlərinin izahlı lüğəti