Mənbələrdə bütrü (целиком), bütün (целый) kimi sözlər verilib. Dialektlərdə bütrəm sözü də mövcuddur. Deməli, büt sözü “tamlıq” anlayışı bildirən bir kəlmə olub. Bitik sözü “tamamlanmış əsər” mənasında işlədilib. “İcraçı” mənasında bitirici sözü olub (indi də işlədilir). Görünür, bitkin sözü ilə bütöv, bütün ... eyni kökdən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti