Klassik poeziyada: insanın həyatını, varlığını təmin edən gözəgörünməz güc.
C. ifadəsi ədəbiyyatda “ruh” kəlməsi ilə eyni mənada işlənir. Bu ifadəyə daha çox divan ədəbiyyatında rast gəlirik. Poetik təfəkkürdə C. canan üçün fəda ediləcək ən qiymətli varlıqdır. M.Füzulinin məşhur misrası buna misal ola bilər:
Canını canana verməkdir kamali-aşiqin,
Verməyən can etiraf etmək gərək nöqsanına.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti