1. Arxaizm. Atla bir yerə məktub, əmr, xəbər aparıb-gətirən şəxs; qasid, yamçı. □ Nə oldu, qoca? Çaparlar qayıtdılarmı? (Ə.Məmmədxanlı).
2. Tarix. Atlı mühafizəçi. □ Bəli, çaparlar hazırlanıb, atlılar, başlarında da padşahın oğlu birgünlük yola çıxdılar vəzirin qabağına. (Nağıl).