Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

çar fars

Çahar sözünün təhrif olunmuş şəklidir, “dörd” deməkdir. (“Koroğlu” dastanının lüğəti)

Dastanlarda hər iki formada: həm çar, həm çahar kimi işlənir. 

Hər yandan qoşun yürüyür,

Oyan, xan Eyvazım, oyan!

Çar ətrafımız bürüyür,

Oyan, xan Eyvazım, oyan!

              (“Durna teli”) (“Dərbənd–Bozalqanlı”)

                              *

Qoç Koroğlum deyər inanmam daha,

Qala-qala düşmən olur əjdaha,

Bir iyid ki, qulaq asmasa şaha

Çar bölük eləyin, başın gətirin.

          (“Koroğlunun Bayazid səfəri”) (Madenadaran əlyazması)

Azərbaycan dastanlarının leksikası