Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çarıqlı [çarıxlı] sifət

1. Çarıq geymiş, ayağında çarıq olan. □ Malik motalpapaqlı, patavalı, çarıqlı, nimdaş paltarlı kəndliləri uzaqdan süzüb, qeyri-adi həyəcan içində olduqlarını anladı. (M.İbrahimov).
2. Məcazi mənada: keçmişdə cəhalət, gerilik, mədəniyyətsizlik mənasında işlənmişdir. □ ..O saat başlayır ki, mən ayağı çarıqlı, motalpapaq çobanın oğluna qız vermərəm. (Ə.Haqverdiyev).

Azərbaycan dilinin izahlı lüğəti