Reklam
Reklam

Məsəllər, deyimlər

ÇARMIXA ÇƏKMƏK

►Cəzalandırmaq, işgәncә, əzab-әziyyәt vermәk, incitmәk.

İfadənin bütöv şəkli «dörd (çahar) mıxa bәnd etmәk»dir.

Vaxtilә həm Qərb, həm də Şәrq ölkәlәrindә insanın hәr әlini vә ayağını bir payaya bәnd etmәklә tәrpәnmәsinә imkan vermәmәklə edam edirdilər.

İsa peyğəmbər də bu qaydada çarmıxa çәkilmişdi. Avropa incəsənətində, rәssamlıq sәnәtindә çarmıxa çәkilmiş İsa әzab, işgәncә, dözüm, inam rәmzi kimi çox geniş işlәnib. «Azәrbaycanfilm»in isteһsal etdiyi «Nәsimi» bәdii filmindә şairin çarmıxa çəkilmәsi sәhnәsi yer alıb.

Müasir dövrdə «çarmıxa çәkmək» ifadəsi «cəzalandırmaq» mənasını saxlamaqla yanaşı, həm də sorğu-suala tutmağı bildirir. Azərbaycan dilində bu söz birləşməsinin ifadə etdiyi mənaya yaxın olan «məhşər ayağına çəkmək», «divara dırmaşdırmaq» kimi ifadələr də işlədilir.

Məsəllər, deyimlər