Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAVİD fars.

cavid əslində parfiyalıların dilindən daxil olmuş sözlərdəndir. Cavid kişi adı daimi, həmişəlik, həmişəyaşar, əbədi, ölməz mənalarını ifadə edir.

XX əsrdə məişətimizdə geniş yayılmış Cavid adı bu gün də dəbdən düşməmişdir. Adın daşıyıcılarından Hüseyn Cavid Rasizadə (1882-1941) XX əsrin əvvəllərində meydana gələn romantizmin ən görkəmli nümayəndələrindən olmuşdur. Azərbaycan ədəbiyyatını həm məzmun, həm də janr cəhətdən zənginləşdirmiş qüdrətli şair-dramaturqun əsərləri ilə ədəbiyyatımıza yüksək bəşəri konfliktlər, dərin düşüncəli, həssas ürəkli, parlaq xarakterlər daxil olmuşdur. H.Cavid öz dövrünün ictimai sifariş deyilən süni tələblərinə məhəl qoymadığından repressiyaya məruz qalan sənətkarlarımızdan biridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti