Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

çaxruxauli

Gürcü şairi Çaxruxadze tərəfindən XII əsrdə yaradılan şeir şəkli.

Çaxruxadze özünün “Tamariani” əsərində N.Gəncəvinin “Leyli və Məcnun” poemasının qəhrəmanları olan Leyli ilə Məcnunun adını çəkir. Bu şairin “Tamariani” adlı şeir məcmuəsi hər misrası iyirmi hecadan ibarət olaraq yazılıb. Misralarda daxili qafiyələr də olub. Sonralar həmin şeir şəkli gürcü ədəbiyyatında Ç. adlandı. Bu formadan Çaxruxadzenin zamanında yaşamış şair Şavteli də istifadə edib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti