Reklam
Reklam

Etimologiya lüğəti

çaylaq

Mənası “iki dağın arasından axan çayın məcrası” deməkdir. Hərfən “çay yeri” anlamını verir. Çay isə “su” deməkdir. Çay, çara (heyvanın tökdüyü maye), çim­mək, cummaq, çağlamaq, çala, çökək, çuxur, carlamaq, çayıl (bu bizdə işlədilmir, bəzi türk dillərində çimmək üçün suyun qabağını kəsib göl düzəltməyə çayıl deyirlər) sözlərinin hamısı su ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti