Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cəhət [cəhət] isim ərəb

1. Tərəf, yön, səmt. Cəhətləri seçmək çətin idi. Nəriman dönüb dala baxanda gəldiyi yerin də izini itirmiş gördü. (Mir Cəlal)

2. Bir şeyin tərkib hissəsi, elementi. □ Məfhumun iki cəhəti.

3. Bir şeyə aid olan, onu səciyyələndirən keyfiyyət, əlamət, xüsusiyyət. □ Əsərin kompozisiya cəhəti. Filmin bədii cəhəti. Layihənin texniki cəhəti.

4. Səbəb bildirir – görə...Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. (S.S.Axundov)

Həmçinin bax:

coğrafiya: cəhət təyini coğrafiya: iqtisadi cəhətdən fəal əhali coğrafiya: üfüqün cəhətləri Azərbaycan dilinin izahlı lüğəti