Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çəllək [çəlləx'] isim

1. İçində maye şeylər saxlamaq və daşımaq və s. məqsədlər üçün işlədilən yastıdibli, ortası enli, ətrafına çənbər çəkilmiş taxtadan (bəzən də dəmirdən) qayrılmış iri qab. □ Çəlləklərdə saxlanılan su yanğına qarşı mübarizə üçün kifayət deyildi. (S.Vəliyev).

2. Taxta satıl, vedrə. □ ..Şirinnaz iki dəfə çəlləyi quyuya sallayıb çəkdi. (S.Hüseynov).

Həmçinin bax:

frazeologizm: barıt çəlləyi Azərbaycan dilinin izahlı lüğəti