canab sözünün mənası tərəf, yön, cəhətdir.
Bu gün dilimizdə hörmət əlaməti olaraq müraciət formasıdır. Qeyd etmək lazımdır ki, erkən dövrlərdə seyid və şəriflər müsəlman cəmiyyətinin daha bir nüfuzlu təbəqəsini təşkil edirdilər. Möminlər arasında da mühüm nüfuza malik olmuş seyid və əşrəflər müsəlman aləmində günümüzdə də nüfuzlarını qoruyub saxlamağa müvəffəq olmuşlar. Lakin bəzi Şərq ölkələrində artıq seyid anlayışı əvvəlki mənasını itirərək yalnız cənab mənasında işlədilir. Eyni sözü imam kəlməsi haqqında da demək olar. Cənab sözü hörmət məqsədilə uzun müddətdir ki, müraciət forması kimi işlədilir. Bu gün də rəsmi yığıncaqlarda yüksək rütbəli şəxslərə, dövlət başçılarına cənab deyə müraciət edilir. Türk xalqlarının əksəriyyətində antroponim kimi işlənir. Məsələn, Cənab Səhabəddin (1870-1934) Türkiyədə tanınmış şairlərdən olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti