►Xaos şəraitində – «hər kəs özü üçün», «öldür, yoxsa səni öldürəcəklər», «ən güclülər sağ qalır» mənalarında işlədilən ifadə.
İfadə C.R.Kiplinqin (1865–1936) «Cəngəllik kitabı» (1894) əsərindən qaynaqlanır.
Yazıçı həmin əsərində bu ifadəni Hindistan cəngəlliklərində heyvanlar arasında müşahidə olunan davranışı nəzərdə tutaraq işlətmişdi. Əsərdə Mauqli kimi parlaq bir obraz yaratmış müəllif Kiplinq bu davranışa öz rəğbətini gizlətməmişdi. Əsərin yayılmasından sonra insanlar hər hansı qayda və prinsipi olmayan qəddar mübarizəni nəzərdə tutduqda «cəngəllik qanunları» ifadəsini işlədirdilər.
Bəzi linqvistlərin fikrincə, «cəngəllik qanunları» ifadəsi açıq özbaşınalıq, qaydasızlıq və zorakılığı təsvir etmək, hər hansı cəmiyyətin və ya mühitin gerçək mənzərəsini açıb göstərmək üçün işlədilir.
İfadəyə ixtisaslaşmış hüquq ədəbiyyatı və publisistikada, oxşar təcrübənin yolverilməzliyinin təsviri kontekstində, beynəlxalq əməkdaşlıq sferasında və mətbuatdakı yazılarda da rast gəlmək olur.
Məsəllər, deyimlər