Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çəngi [çəngi] isim

1. Dəf çalıb oxuyan və göbək atmaq kimi rəqslər oynayan rəqqasə (başlıca qaraçı qızlardan olur)...israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. (M.F.Axundzadə).

2. Əxlaqsız, həyasız qadın mənasında...Sənin .. gözün örtülüb, uyubsan bir çənginin məkrinə, feilinə, təmiz adını-sanını itiribsən. (M.F.Axundzadə).

3. Eyni mənada söyüş kimi işlədilir...Ağız, ay mütrüb, ay çəngi, mən sındırmalı qoz degiləm sındırasan! (M.Əliyev).

Azərbaycan dilinin izahlı lüğəti