Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çərək [çərəx'] isim fars

1. Arşının dörddə birinə bərabər uzunluq ölçüsü (17,75 sm).Təndirlə üzbəüz divarın içində beş çərək enində üç arşın hündürlüyü olan suaxan görmək olardı. (H.Sarabski)

2. Girvənkənin dörddə birinə bərabər ağırlıq ölçüsü (100 qr).

3. Dörddə bir.Ölçü vahidi bütöv, yarım, çərək, səkkizlik və onaltılıq ola bilər.

4. “Bir” sayı ilə: bir çərək – bir az, bir tikə, azacıq.Yox, gərək bir çərək; Qalmasın boş yerin! (M.Müşfiq)

Azərbaycan dilinin izahlı lüğəti