1. Mərkəzdən eyni məsafədə olan qapalı əyri xətt. □ Pərgarla çevrə çəkmək.
2. Bir şeyin kənarlarında əmələ gətirdiyi qapalı xətt; dövrələmə xətt. □ Bu sahənin çevrəsi beş yüz metrdir.
3. Ətraf, yan-yörə, dörd tərəf, həndəvər, dövrə. □ Yalnız ağac baxır bir dağ başından; Sarmış çevrəsini inadlı bir çən. (M.Müşfiq).