1. Botanika. Çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin ləçək tacından və erkəkciklə dişicikdən ibarət çoxalma orqanı. □ Alma ağacı çiçəyi.
2. Çiçəkləri olan bitki; gül. □ Çiçək çox olan yerdə arı da olar, bal da. (Atalar sözü).
1. Tibb. Dəridə və selikli qişalarda qabarcıqlı səpgi və titrətmə-qızdırma şəklində təzahür edən ağır keçici xəstəlik. □ ..uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi! (N.Nərimanov).
2. Həmin xəstəlikdən sonra dəridə və ya qoruyucu peyvəndin yerində qalan çatıqlar, batıqlar; çopur.
Həmçinin bax: