Reklam
Reklam

Məsəllər, deyimlər

ÇİN SƏDDİ

►«Keçilmәz maneә, dəf olunmayan əngəl» mənasında işlədilən ifadə.

İfadə bütün dünyada məşhur olan Çin səddinin adından götürülmüşdür.

Çin səddi e.ə. 214–203-cü illәrdә qәddar Çin imperatoru Sin-Şi-Xuandinin әmri ilә tikilmişdir. Hunların və digər türk tayfalarının hücumundan qorunmaq üçün Monqolustan vә Mancuriya tərәfdәn çәkilmiş vә bu günədәk qalmış böyük divarın ümumi uzunluğu 6 min kilometrә qədәrdir. Bәzən yanlış olaraq səddin çəkilməsi Makedoniyalı İsgәndәrə aid edilir və sәhvәn «İsgәndәr səddi» adlandırılır.

Tarixçilәrin verdiklәri məlumata görə, qәdimdә Çinin şimalında yaşayan hunların torpaqları mәhsuldar olmadığından onlar Çinin bәrәkәtli torpaqlarına tez-tez basqınlar edirdilәr. Bәzәn çox uzunsürәn müharibәlәr baş verirdi. Sәdd on milyon fəhlənin әmәyi sayәsindә başa gəlib. İnşaat işlərinin getdiyi müddətdə dörd yüz min adam həlak olmuş, hunların hücum edib işi pozmaması üçün beş yüz min әsgәr daim keşikdə dayanmışdı. Hündürlüyü 10, eni 7 metr olan bu hasarın üstü 6 süvari yan-yana gedәcәk qәdәr genişdir. Hәr 60–100 metrdәn bir gözәtçi qüllәlәri tikilib.

İfadə dilimizdə bəzən «Çin hasarı», «Çin divarı», «Sәddi-Çin» şəklindә də işlənir.

Məsəllər, deyimlər