Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çıxış [çıxış] isim

1. Çıxmaq işi, çıxma.Vasya tez- tez bayıra çıxıb, yenə qayıdırdı.
2. Çıxmaq üçün qapı, yol və s.; çıxacaq. Çıxışda gözləmək.
3. İclasda və s.-də söylənilən nitq, məruzə, verilən məlumat və s.Dartıb hədə-qorxu nazirlərinin; Yarımçıq saxlayaq çıxışlarını; Onların parlament alqışlarını. (M.Araz).
4. Çıxma, doğma, doğuş, görünməyə başlama.Ayın çıxışı.
5.  İdman və b. yarışlarda iştirak etmə; iştirak.Boksçuların Beynəlxalq yarışlarda çıxışı.
6. İfa etmə, göstərmə; artistin səhnəyə çıxması.Mahnı və rəqs ansamblının çıxışı.
7. Nümayiş; öz tələbini, fikrini, münasibətini camaat, kütlə qarşısında bildirmə.Həsənbəy Zərdabinin bu cəsarətli çıxışlarına qarşı irtica getdikcə güclənirdi. (M.İbrahimov).
8. Göyərmə, cücərmə, bitmə.Çıxışların batıqlara; Düşən xəfif kölgələri – Tağlardakı; Oyma “naxış ləpələri”. (B.Vahabzadə).

Həmçinin bax:

frazeologizm: çıxış yolu jurnalistika: rəsmi çıxışlar coğrafiya: dənizə çıxışı olmayan ölkələr coğrafiya: okeana çıxışı olmayan ölkələr Azərbaycan dilinin izahlı lüğəti