Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çolpa [çolpa] isim fars

1. Toyuq, qartal; qırqovul və bəzi başqa quşların bir və ya ikiillik xoruzu.Xanpəri o gün işə çıxmayıb, iki çolpa kəsdirmiş, bir qazan zəfəranlı plov bişirmişdi. (Ə.Vəliyev)

2. Həmin xoruzun bütöv şəkildə qızardılmışı... qazmağı bir boşqaba, çolpaları da ayrı boşqaba qoyub süfrəyə gətirdi. (Ə.Vəliyev)

3. Məcazi mənada (zarafatla): uşaq... Pah atonnan, ay Telli, belə getsə sənin bu çolpan böyük alim olacaq. (Ə.Məmmədxanlı)

Azərbaycan dilinin izahlı lüğəti