Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

coşmaq [coşmax] feil

1. Şiddətlənmək, çox güclənmək, gurlamaq, tüğyan etmək; daşmaq, kükrəmək (təbiət hadisələri haqqında). □ Tufan getdikcə coşur. Dəniz coşmuşdu.
2. Məcazi mənada: qızışmaq, qaynamaq, cuşa gəlmək....Məhəbbət coşdu, məni bürüdü, “Ruqiyyə, Ruqiyyə” dedirtdi. (A.Divanbəyoğlu).
3. Məcazi mənada: özündən çıxmaq, hirslənmək, qızışmaq, qəzəblənmək. □ Ay arvad, ay Gülpəri, coşma görək, axır nə olub ki? (M.Hüseyn).

Azərbaycan dilinin izahlı lüğəti