1. Hər hansı bir üzvi maddənin distillə və s. kimyəvi üsulla ayrılan yığcam məhlulu, şirəsi. □ Nanə cövhəri.
2. Arxaizm. Neft, ağ neft. □ .. Hərdən qənd və cövhər də alıb satır .. (S.Hüseyn)
3. Məcazi mənada: bir şeyin (əsərin, sənədin, yazının, nitqin və s.-nin) qısa, yığcam xülasəsi, əsas qayəsi, məğzi, əsl mətləb. □ İş insanın cövhəridir. (Atalar sözü)
4. Məcazi mənada: əsil, mayə, zat, kök. □ Eşq dərdi, ey müalic qabili-dərman deyil; Cövhərindən eyləmək cismi cüda asan deyil. (M.Füzuli)
Həmçinin bax: