Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

cüllütkimilər

charadriiformes

Quş dəstəsi. Xırda və ortaboylu quşlardır.

Ayaqları adətən uzundur, yaxşı qaçır və üzür. Qanadları uzun və ensiz olur. Quyruğu qısadır. Dimdiyi ovu tutmaqla əlaqədar müxtəlif formada olur. 300-dən çox növü var. Geniş yayılmışdır. Azərbaycanda 63 növü məlumdur. Yerdə və qaya üzərində yuvalayır. Çoxu monoqamdır. 1-5, bəzən 3-4 yumurta qoyur. Suda və quruda yaşayan onurğasızlarla qidalanır.

Biologiya terminlərinin izahlı lüğəti