Reklam
Reklam

Məsəllər, deyimlər

CÜMLƏ BİKAR, ŞƏNBƏ ŞİKAR

►Faydalı işlə məşğul olmayan, tüfeyli hәyat sürən adamları sәciyyәlәndirmәk üçün işlədilən ifadə.

İfadə qədimdən müxtəlif xalqlar arasında həftənin günləri ilə bağlı yaranmış ibtidai inamla bağlıdır.

Burada «bazar ertəsi» (yaxud «həftə üçü») üçün səciyyəvi cəhət onun ağır gün olması hesab edilir.

Mәlumdur ki, hәftә yәhudilәrdә şәnbәdәn şәnbәyә, xristianlarda bazardan bazara, müsәlmanlarda cümәdən cümәyә hesablanır. Odur ki burada «hәftә üçü» (hәftәnin üçüncü günü) dedikdә bazar ertәsi nәzәrdə tutulur.

Qәdim inanca görә, yeni il hәmin günlə başlasa, o il ağır keçәcәkdir (müqayisə et: «Әyyamda düşәr şәnbәyә Novruz»). Bazar ertәsi ağır gündür. Bunun sәbәbini belә izah edirlәr ki, çox-çox qәdimlәrdә bazar ertәsi («düşәnbә») günü qara, mәnhus qüvvәlәrin hakim olduğu, qalib gәldiyi gündür. Odur ki hәmin gün sәfәrә çıxmaq vә ya digər müһüm işlәri görmək olmazmış.

XVII әsr alman sәyyaһı Adam Oleari göstәrirdi ki, hәftә üçü «әn bәdbәxt gün» hesab olunur. Bu gün hәmişә nә isә pis bir şey baş verirmiş. Bir çox ölkələrdə bazar ertәsi bir işә başlamaq, yola çıxmaq olmazdı. Ona görә ki bu gün «ağır gün» hesab edilirdi.

Məsəllər, deyimlər