►«Sürətli qaçmaq, aradan çıxmaq» mənasında işlədilən ifadə.
İfadә xalq yazıçısı Anarın «Dantenin yubileyi» povestindən qaynaqlanır.
Əsasәn, danışıq dilindә işlәnәn bu ifadәnin əsli «Daban әlaltı»dır – çox iti, sürәtlә qaçmağı obrazlı şәkildә bildirmәk üçün işlәdilir. Anarın «Dantenin yubileyi» povestində ifadə bu şəkildə işlədilmişdir: «Eldarın yerindәn sıçramasıyla Məcidin qapını çırpıb daban әlaltı qaçması bir oldu».
Dabanın əl altına (vә ya әl altının dabana) dәyməsi üçün iti sürətlә qaçmağa һazırlaşarkәn, adәtәn, әlin içinә tüpürüb bir-birinә sürtürlәr. Bununla әlaqәdar dilimizdә һәm dә «dabanına tüpürmək» ifadәsi eyni anlayışı bildirmәk üçün işlәnir.
Məsəllər, deyimlər