Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dal1 [dal] isim

1. Bədənin boyundan tutmuş omba sümüyünə qədər olan arxa hissəsi, kürək; heyvanların bədənlərinin yuxarı hissəsi, beli. □ Küçə ilə bir hambal, bir tay dalında keçir. (C.Məmmədquluzadə). Atın dalına minmək.
2. Əks tərəf, bir şeyin geri tərəfi, qarşı tərəf. □ Xavər taxtanın dalında gizlətdiyi şəkli gətirib uşağa verdi. (M.İbrahimov).
3. Sifət kimi: dal tərəfdə olan. □ Dal cərgə. Dal otaq.
4. Məcazi mənada: aqibət, son, nəticə; ard, mabəd, gerisi, dalısı. □ O, siyasi işə hərgiz də qarışmaz, çünki; Özü çox yaxşı bilir ki, bu işin dalı nədir. (M.Ə.Sabir). Dalı gəlir. Dalı var.
5. Zərf kimi: geri. □ Həsən kişi Qulunun qolundan tutub dala qayıtdı. (M.İbrahimov).

dal2 [dal] isim

Ağacın ilk şaxəsi, böyük budağı; ümumiyyətlə, budaq. □ Təbiət bəzənərdi xələt geyib çiçəkdən; Dallar yarpaq açardı atlaz kimi ipəkdən. (M.Rahim).

dal3 [dal] isim ərəb

1. Ərəb əlifbasındakı “د” (“d”) hərfinin adı.

2. Sifət kimi məcazi mənada: həmin hərf kimi əyri, bükülü, bükülmüş (adətən klassiklərdə və aşıqların dilində).

Həmçinin bax:

frazeologizm: atasını dalına şəlləmək (sarımaq) frazeologizm: ayağı dalınca getməmək frazeologizm: dal qapıdan ötürmək frazeologizm: dala atmaq frazeologizm: dala durmaq frazeologizm: dala düşmək frazeologizm: dala getmək frazeologizm: daldan atılan daş frazeologizm: dalı dağa söykənmək frazeologizm: dalına baxmadan qaçmaq frazeologizm: dalına düşmək frazeologizm: dalına mindirmək frazeologizm: dalınca atlı qovur frazeologizm: dalında dağ kimi durmaq frazeologizm: dalında durmaq frazeologizm: dalından dəymək frazeologizm: dalını dağa söykəmək frazeologizm: dalını günə vermək frazeologizm: daşı dalında gizlətmək frazeologizm: dədəsini dalına şəlləmək (sarımaq) frazeologizm: eşşəyin dal ayağı frazeologizm: əlif qəddi dal olmaq frazeologizm: əlinin arxasını (dalını) yerə qoymaq frazeologizm: gözü arxasınca (dalınca) qalmaq frazeologizm: işin dalına düşməmək frazeologizm: qapı dalına salmaq frazeologizm: qapı dalında qalmaq frazeologizm: qapı dalında qoymaq frazeologizm: qarnı belinə (dalına) yapışmaq frazeologizm: qılıncının dalı da kəsir, qabağı da frazeologizm: qulağının ardını (dalını, dibini) görər frazeologizm: nağdı qoyub nisyə dalınca getmək (düşmək) frazeologizm: saqqal dalınca gedib bığı da qoyub gəlmək frazeologizm: sözünün dalından qaçmaq Azərbaycan dilinin izahlı lüğəti