Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

dal1

Ağacın şaxəsi, böyük budağı; ümumiyyətlə, budaq.

Bülbüləm, dala qonaram,

Zərgərəm, gümüş yonaram,

Ha bu dərdə mən yanaram,

Xoryat söz məni dağladı.

               (“Abbas və Gülgəz”)

                           *

Bulaq kənarında paltar yuyanlar,

Eyni mənim xan Əslimə bənzərsiz.

Yuyub-yuyub gül dalına sərənlər,

Eyni mənim xan Əslimə bənzərsiz.

                                     (“Əsli və Kərəm”)

dal2

1. Ərəb əlifbasında d hərfinin adı.

2. Məcazi mənada: əyri, bükülü, bükülmüş.

Sən bir tərsa qızısan,

Əydin qəddin dal elədin.

Yıxdın könlümün evini,

Gör necə xəyal elədin.

                          (“İrvahım”) 

                    *

Sağ yatmışdın qulluğunda, bala, sən,

Nədən düşdün belə müşkül hala sən?

Baban qəddin döndərmisən dala sən,

De necə etməsin ah-vay, quzu.

                           (“Sayat bəy-Səyalı xanım”)

Azərbaycan dastanlarının leksikası