Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

dal

Ağacın şaxəsi, böyük budağı; ümumiyyətlə, budaq. (“Koroğlu” dastanının lüğəti)

Bülbül uçdu dalumuzdan,

Heç baş çəkməz halumuzdan,

Qırat getdi əlimizdən:

Yarəb, bir də gəlirmi ola?

                                (M.Elyas. “Nəğmələr”)

*

Koroğlu “Misri qılınc o vaxt əldə dal olur” deyəndə Dəli Mehtər başa düşdü ki, qılınclarla biçin deyir. (Paris nüsxəsi, 10-cu məclis)

*

Qarşı yatan qarlı dağlar,

Mənim səndə yarum qaldı.

Əlim yetməz gülün dərəm,

Dal budaqda narum qaldı.

                   (Paris nüsxəsi, 12-ci məclis)

Azərbaycan dastanlarının leksikası