Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

danaça1

Ağdaş, Göyçay, Zərdab

Nərə balığının bir növü. □ Danaça mırıdan bö:g olur (Ağdaş); Urüsdəm dayı bir danaça tutdu, güjnən gəmiyə qoydu (Zərdab).

danaça2

Cəbrayıl, Qafan

1. Camışın birillik dişi balası (Qafan).  Bizim gamışın danaçası vırağandı.

2. Camışın ikiillik dişi balası (Cəbrayıl).  Danaçıya yaxşı miyğat olsan, o biri il doğar.

Azərbaycan dilinin dialektoloji lüğəti