Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

danışdırmaq [danışdırmax] feil

1. Danışmağa məcbur etmək; soruşmaq, dindirmək, sorğu-sual etmək. □ Məhkəmə sədri üçün məsələ aydın idi. Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı. (S.Hüseyn).
2. Birisi ilə söhbət edib fikrini bilmək. □ ...tələbələr sözü bir yerə qoydular ki, Qədiri danışdırmamış rəy söyləməsinlər. (Mir Cəlal).
3. Məcazi mənada: dilə gətirmək, dilləndirmək, çalmaq, oxutmaq. □ Bir ağız da, bir nəfəs də danışdırın sarı simi; Belə bir gün ələ düşməz, dayanmayın qonaq kimi. (S.Vurğun).

Azərbaycan dilinin izahlı lüğəti