1. Ensiz. □ Dar küçə. Dar yol. Dar keçid.
2. Çox sıx, sıxıcı, tarım. □ Dar köynək. Dar ayaqqabı.
3. Kiçik, balaca. □ Əslinə baxsan, bu dar həyətdə nə günəşli bir yer, nə də tamaşalı bir şey vardı. (Ə.Əbülhəsən)
4. Məcazi mənada: əhatəsi geniş olmayan; məhdud, birtərəfli. □ Dar düşüncə. Dar elmi sahə.
5. Məcazi mənada: çox az, çox məhdud, qeyri-kafi, yaxud namünasib (bəzən “bu dar vaxtı, bu dar vaxtda” tərkib şəklində işlənir). □ Vaxt çox dar idi. Bu dar vaxtı sən getmə. (C.Cabbarlı)
Edama məhkum olunanları asmaq üçün dikəldilən dirək; dar ağacı. □ Dar ağacını da təpənin üstündə qurublar. (“Koroğlu”)
Klassik ədəbiyyatda “ev”, “məskən”, “məhəl”, “məkan” mənalarında bir sıra tərkiblərdə işlənmişdir.
Qeyd: ...dar. Bəzi isimlərin axırına gətirilərək onlara müxtəlif məna verən fars mənşəli şəkilçi; məsələn, evdar, əməkdar, mülkədar, binəkdar, məhsuldar və s.
Həmçinin bax: