Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

darax1

Daşkəsən

Kotanın hissəsi.  Kotan əkəndə daşa keçdi, darax sındı, hop taxdadan aralandı.

darax2

Şuşa

Bəzi quşların başında yelpincə oxşar kəkil. □ Şanapipiyin darağı to:uzunkuna oxşuyur.

darax3

Kürdəmir, Şuşa

Qəlsəmə.  Balığın darağı qaralsa, zəhərri olar (Şuşa).

darax4

Kürdəmir, Şuşa

Əl və ayaqlarda pəncə sümükləri.  Bu sümüklər əl dəyil, əyax daraxlarıdı (Kürdəmir).

darax5

Biləsuvar, Füzuli, Kürdəmir, Qazax, Mingəçevir, Salyan

Açmamış pambıq çiçəyi.

Azərbaycan dilinin dialektoloji lüğəti