Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DASTAN azərb.

dastan Azərbaycan şifahi xalq ədəbiyyatının epik janrları içərisində qəhrəmanlıq və aşiqanə mövzularda olan ən irihəcmli janrdır. Dastan həm də danışmaq, nağıl eləmək, dastan yazmaq, hekayə yazmaq, həmçinin tarixi hadisələrdən və ya şəxsiyyətlərdən bəhs edən irihəcmli əsər, poema, eləcə də hekayə, əfsanə, nağıl, sərgüzəşt anlamlarını ifadə edir.

Bu gün danışıqda dastan açmaq, dastan qoçmaq, dastan bağlamaq (kiminsə barə- sində) və s. kimi kifayət qədər ümumişlək ifadələr də mövcuddur. Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Dastan yaxşı əməlləriylə dillərdə dastan olma, yəni məşhur olma, dillərə düşən birisi olma anlamlarındadır, başqa sözlə, alqış məzmunu ifadə edən adlar sırasındadır. Azərbaycanda bu ada ən çox aşıq yaradıcılığına marağın nisbətən çox olduğu qərb bölgəsində rast gəlinir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti