Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

davaçı1 [davaçı] isim

Dava-dərman hazırlayan və satan adam. □ Səttarxandan sonra Əli davaçı danışmağa başladı. (P.Makulu).

davaçı2 [da:vaçı] sifət

1. Hər şeydən ötrü dava edən, dava axtaran, dava salan. □ Davaçı adam. Davaçı qonşu.
2. Arxaizm. İsim kimi: biri ilə davalı işi olan. □ Məhkəmədə davaçının dindirilməsi.

Azərbaycan dilinin izahlı lüğəti