dilində olan dauid sözündəndir. Dilimizdə Davud şəklində olub, sevimi dost, istəkli dost anlamlarını ifadə edir.
Məlum olduğu kimi, bir sıra şəxs adları dilindən, dinindən, irqindən, yaşadığı ölkədən, qitədən asılı olmayaraq dünyanın əksər xaqlarının dillərində mövcuddur. Davud kişi adı da bu qəbildən olan adlar sırasındadır. “Bibliya”da xatırlanan əfsanəvi peyğəmbərlərdən birinin adındandır. Davud (əslində David, bəzi xalqlarda Davıd) yəhudi dövlətinin hökmdarının adı olmuşdur. Yəhudilər və müqəddəs kitab “Tövrat” İsraildən sonra onu ikinci peyğəmbər, ikinci müqədəs varlıq olaraq qəbul etmişdir. “Bibliya”da da Davud ehtiramla yad edilir, İsa Peyğəmbərin uzaq qohumu kimi təqdim olunur. Sonuncu, həm ən humanist, həm də ən mükəmməl din olan İslam dini özündən əvvəlki dinləri rədd etmir, dünyada mövcud dinlərə ehtiramla yanaşır. Bu səbəbdən də Davud Məhəmməddən əvvəlki peyğəmbərlərdən hesab edilir. Xristianlarda David kimi yazılsa da, dini kitabımız müqəddəs “Quran”- da adı Davud getmişdir. Şərqdə, bütün müsəlman ölkələrində bu ad Davuddur. Din tarixində Süleyman Peyğəmbərin atası olduğu barədə məlumatlar da mövcuddur. Rəvayətlərdə, dini hekayələrdə hökmdar, həmçinin şair kimi təqdim edilən əfsanəvi Davud Peyğəmbərin həm də çox gözəl səsi olmuşdur. “Tövrat”dan bu da bəlli olmuşdur ki, Davud gözəl səsə malik bir xanəndə olduğundan öz nəsihətlərini də gözəl avazla oxuyurmuş. Guya onun səsi o dərəcədə gözəl olub ki, oxuyarkən heyvanlar və quşlar səssiz dayanıb onu dinləyərmiş. Klassik ədəbiyyatda Davudun səsi tərif edilir, ədəbiyyatda hətta onun gözəl səsi ilə əlaqədar “ləhni-Davu- di” ifadəsi də mövcuddur. Davud haqqındakı rəvayətlərdə onun dəmiri əlində mum kimi yumşaltmaq bacarığından da bəhs edilir. Hətta dünyada ilk zireh toxuyanın Davud olduğu, həmçinin toxuduğu zirehləri satmaqla gündəlik qazanc əldə etməsi barədə də rəvayətlər mövcuddur. Qeyd etmək lazımdır ki, Şərq poeziyasında Davudun peyğəmbərliyindən, bacarıqlarından daha çox gözəl səsə malik bir xanəndə kimi bəhs edilir. Məhz bu səbəbdən də bir çox lüğətlərdə Davud kişi adı “gözəl səsə malik, yaxşı oxuyan” mənasında izah edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti