Reklam
Reklam

Etimologiya lüğəti

day

Dilimizdə day, dayça (dialektlərdə həmdə daylaq) sözləri var. Qaynaqların ver­diyi məlumata görə, bunların hamısının qədim mənası “dəvə balası” anlamını əks etdirib, yəni “doğulan”deməkdir. Day (yəni “dayı”) və dayza (yəni “xala”) sözləri də doğan (ana) tərəfdən olan qohumlardır. Deməli, day, dayça, daylaq, dayı, dayza kəl­mələrinin hamısı südlə, ilk dəfə qidalandırılmaqla, ana (bala verən, yedirdən) ilə bağlı sözlərdir, kökdaş kəlmələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti