Reklam
Reklam

Etimologiya lüğəti

dayaq

Mənbələrdə “упасть” mənasını əks etdirən tay (day) feili var, sürüş­kən­ sö­zünün sinonimi taylıq olub. Daya feili “dayaq qoymaq” kimi açıqlanıb. Dayan kəl­məsi “опираться” kimi şərh edilib. Dayaq yuxarıdakı sözlərlə qohumdur. Bir vaxtlar -a şəkilçisi feildən feil düzəlib (tıx və tıxa sözlərində bu özünü indi də saxlayıb), day feili ilə yanaşı, daya feili də mövcud olub. Dayı (filankəsin dayısı, arxası var...) sözü də dayaq sözünün təhrifi ilə bağlıdır. ”Ananın qardaşı” anlamı ilə heç bir əlaqəsi yoxdur. “Sürüşmək” mənasında toylok feili var (məsələn, özbək dilində). Dayaq “sürüşmənin, əyilmənin qarşısını alan” kimi də başa dü­şülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti