Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

defis

Mürəkkəb sözlərin tərkib hissələri, rəqəmlə şəkilçi ara­sında, sətirdən-sətrə keçirmədə və s. hallarda istifadə olunan üfüqi qısa xətt şəklində işarə (-).

Mürəkkəb sözlərin tərkib hissələri arasında defis işarəsi aşağıdakı hallarda qoyulur: 1) eyni sözün təkrarı ilə əmələ gəldikdə: asta-asta, yavaş-yavaş və s.; 2) yaxınmənalı sözlərin köməyi ilə yarandıqda: dost-tanış, toz-torpaq, künc-bucaq və s.; 3) əksmənalı sözlərin köməyi ilə yarandıqda: gecə-gündüz, gec-tez və s.; 4) tərkib hissələrindən biri ayrılıqda işlənə bilməyəndə: sür-sümük, kağız-kuğuz, çör-çöp və s.; 5) izafət tərkibləri şəklində olan mürəkkəb sözlərdə: tərzi-hərəkət, nöqteyi-nəzər, tərcümeyi-hal və s.; 6) müəyyən coğrafi adların tərkibində: Kosta-Rika, Şri-Lanka, Nyu-York və s.; 7) qeyri sözünün iştirakı ilə düzələn mürəkkəb sifətlərdə: qeyri-adi, qeyri-müəyyən və s. Defis işarəsi bir sıra hallarda imla qaydalarının tələbi ilə də istifadə olunur: 1) sətirdən-sətrə keçirmədə: gözlə-yir, saxla-yır və s.;  2) ayrıca yazılan şəkilçidən əvvəl: -dan2, -çı4 və s.; 3) sıra saylarında rəqəmlə şəkilçi arasında: 10-cu, 1-ci.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti