Ağız. (“Koroğlu” dastanının lüğəti)
Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dəhanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
(“Koroğlunun qocalığı”)
*
Dünyada heç igid yoxsul olmasın,
Yoxsulluq igidə yaman ad olu,
Hər kəsin ki, varı-dövləti olsa,
Ləzzət çəkər, dəhanında dad olu.
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası