Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

dəlmə1

Ağdam, Ağcabədi, Xocavənd, İmişli, Kürdəmir

Quzu saxlanılan yer. □ Quzuları dəlmiyə saldım (Ağcabədi); Körpə quzuya yer altdan dəlmə düzəlderix' (İmişli); Ə:, Sa:bır, quzi dəlmədədü? (Kürdəmir); Mə:m quzumun dəlməsi yaman pisəlif (Xocavənd).

dəlmə2

Şamaxı, Tovuz

1. Soba borusunu bayıra çıxarmaq üçün pəncərə və ya divarda açılan dəlik.

2. Su keçmək üçün çəpərin altında açılan dəlik.

dəlmə3

Quba

Tapdalanma nəticəsində hasar, çəpər üzərində açılmış keçid. □ Bağa dəlmədən gir.

Azərbaycan dilinin dialektoloji lüğəti