Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

dəm1 fars

Qısa vaxt, an, ləhzə. (“Koroğlu” dastanının lüğəti)

Sən demə, Bolubəygil də bu dəmdə elə buraları gözdən keçirmişdilər. (“Koroğlu ilə Bolu bəy”)

*

Koroğlu der dəm bu dəmdi,

İslam ləşkəri möhkəmdi,

Savaş bir toydu, bayramdı,

Könül qəmdən açan gəlsin.

                               (Paris nüsxəsi, 2-ci məclis)

dəm2

Kef, nəşə. (“Koroğlu” dastanının lüğəti)

Qəmli könül dəmə gəlməz,

Dərdi olan ağlar, gülməz,

Qorxaqlar ər qədri bilməz.

Ağlama, Nigar, ağlama!..

                            (“Koroğlunun Bayazid səfəri”)

Azərbaycan dastanlarının leksikası