Reklam
Reklam

Məsəllər, deyimlər

DƏMDƏM HALVASI DEYİL Kİ...

►Xeyli zəhmət və çox zaman sərf edilən çətin bir işi təcili olaraq görməyi tələb etdikdə işlədilən ifadə.

Halvalar arasında ən tez və asan bişəni dəmdəm halvası hesab olunur. Onu hazırlamaqdan ötrü dağ edilmiş yağda unu qovurur, sonra içərisinə doşab, yaxud bal töküb qarışdırırlar. Bütün bu işi görmək isə olduqca az vaxt və əmək tələb edir. Buna görə də dəmdəm halvası ən tez bişən halva sayılır.

Bəzən mürəkkəb, çox zəhmət tələb edən bir işi də lap tez və asan başa gətirmək istəyənlər olur. Məhz həmin məqamda vəziyyəti «axı bu, dəmdəm halvası deyil ki, belə tez başa gəlsin» ifadəsi ilə izah edirlər.

Məsəllər, deyimlər