yun. demos – xalq + grapho – yazıram
Əhalinin sayı, yerləşməsi, strukturu, miqrasiyası və dinamikasında baş verən dəyişiklikləri, onları şərtləndirən sosial-iqtisadi və coğrafi-bioloji amilləri öyrənən elm.
Belə elmi tədqiqatların nəticələrindən demoqrafik siyasətin hazırlanması, əmək resurslarının planlaşdırılması, ayrı-ayrı region, ölkə, yaxud bütünlüklə Yer kürəsi əhalisinin dəyişmə dinamikasının proqnozlaşdırılması kimi məqsədlər üçün istifadə edilir. D. termini ilk dəfə 1855-ci ildə fransız alimi A.Qiyar tərəfindən işlədilib, lakin bu elmin banisi ingilis tədqiqatçısı C.Qraunt (1620–1674) hesab olunur.
Tarix terminləri lüğəti