Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dəniz faunası

lat. Fauna – Roma mifologiyasında meşə və çöl ilahəsi, heyvan sürülərinin himayədarı

Dəniz və okeanların heyvan orqanizmlərinin cəmi.

D.F.-nın 160.000-dən çox növü məlumdur; ibtidailər, çiyinayaqlılar, ilbizlər, xərçəngkimilər, dərisitikanlılar, balıqlar, sürünənlər, məməlilər və s. Tropik qurşaqların dayazlıqları, xüsusilə mərcan rifləri sahəsi D.F.-nın zənginliyi ilə fərqlənir. D.F.-nın müxtəlif təsnifat formaları var; məsələn, yaşadıqları dərinlik zonasına görə onları litoral, sublitoral, batial, abissal ultraabissal dəniz heyvanlarına ayırırlar.

Coğrafiya terminləri lüğəti