Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

dəniz ulduzu

Dərisitikanlılar tipininin eyniadlı sinfinə aid olan növ.

Bədəni beşşüalı simmetriyaya malikdir. Passiv hərəkətlidir. Bentos (suyun dibində yaşayan) orqanizmlərə aiddir. Sürfələri ikisimmetriyalıdır. Ağız bədənin altında yerləşir  və diskşəkillidir. Yırtıcı heyvandır. Su-damar sistemi var. Ayaqlarının alt hissəsində iki cərgədə yerləşmiş çoxlu sayda sormacları var. Qanında eritrositlər olmadığına görə (yalnız leykositlərə malikdir) qanı rəngsizdir. Qırmızıdan tünd-kərpiciyə qədər müxtəlif rənglərdə ola bilər.

Biologiya terminlərinin izahlı lüğəti