Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

dənzərməx'1

Çənbərək

Tərləmək.  Kosa Məhərrəm atıl-batıl olmuşdu, yenijə dənzərif.

dənzərməx'2

Cəbrayıl, Salyan, Zəngilan

1. Yetişmək (Cəbrayıl).  Almuxarılar indi-indi dənzərir.

2. Cücərmək (Zəngilan).  Soğanı çoxdan səpbişik, hələ indi-indi dənzərir.

dənzərməx'3

Zəngilan

1. Qulaq asmaq; eşitmək.

2. Fikir vermək.  Sə:rdən onu ça:rıllar, heş gör dənzərir?

Azərbaycan dilinin dialektoloji lüğəti